Yasamalda faciə: Pəncərəni silən qız 10-cu mərtəbədən yıxıldı –FOTO

Yasamalda faciə: Pəncərəni silən qız 10-cu mərtəbədən yıxıldı –FOTO
Bütün Xəbərlər
17:02 19.10.2015
3511
Faktla bağlı araşdırma aparılır.
Yasamal rayonunun Mirzə Fətəli küçəsində yerləşən yaşayış binalarından birində bədbəxt hadisə baş verib.
AZXEBER.COM  AzNews.az-a istinadən xəbər verir ki, 20-22 yaşlarında olan gənc qadın 10-cu mərtəbədə yerləşən mənzilin pəncərəsindən düşərək ölüb.
Məlumata görə, hadisə qadın pəncərəni silərkən baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, ehtiyatsız davrandığı üçün ayağı sürüşən qadın binanın həyətində yerləşən avtomobilin üzərinə düşüb.
Hazırda hadisə yerində faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR