Yasamalda polislərə mahnı oxuyan ifaçı danışdı: Klip çəkilişi idi - VİDEO

Yasamalda polislərə mahnı oxuyan ifaçı danışdı: Klip çəkilişi idi - VİDEO
MAQAZİN
18:49 25.06.2020
4846
"O görüntülər klip çəkilişindəndir. Mahnı 1992-ci ildə şəhid olmuş polislərimizə həsr olunub. Biz ilk olaraq icazə alıb, Şəhidlər Xiyabanında uyuyan polis şəhidlərimizin məzarını ziyarət etmişik. Daha sonra klipin çəkilişi üçün nəzərdə tutulan eyvanlarda ara məsafəni gözləməklə  mahnımızı ifa etmişik". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Yasamalda polislərə mahnı oxuyan ifaçılardan biri Babək Quliyev deyib. 

O sosial şəbəkədə ünvanlarına səslənən tənqidlərə isə belə cavab verib: 

"Bəzi jurnalistlər xəbərə elə başlıq yazırlar ki, istifadəçilər də başlığı oxuyub başlayırlar, fikir bildirməyə. Bizim kollektiv şəklimizi də yayıblar. O şəkli paylaşaraq guya ara məsafə gözləmədiyimizi yazırlar. Amma biz icazəmizi alıb, mahnımızı oxumuşuq. 

Muğam ifaçısı deyib ki, sosial şəbəkədə yayılan video klipdən bir parçadır: "Bir daha demək istəyirəm ki, o görüntülər klip çəkilişi üçün idi. Klipə baxanda hər şey sizə aydın olacaq”.

AZXEBER.COM həmin klipi təqdim edir:
 
Günel Hüseynli


OXŞAR XƏBƏRLƏR