Yasamalda qəza: 2 yaralı

Yasamalda qəza: 2 yaralı
Bütün Xəbərlər
10:12 16.09.2014
749

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda VAZ 2107markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olubki, minik avtomobili deformasiyaya uğramış və 2 sərnişin sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat saat 06:24-də başa çatıb.//axar.az

OXŞAR XƏBƏRLƏR