Əhmədovun meyiti kirayə qaldığı evin sahibi tərəfindən tapılıb.
Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Vüqar Yunusovun (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.AZXEBER.COM-un məlumatına görə, oxu.az xəbər verir ki, ötən il mayın 6-da Yasamalrayonunun 11-ci xrebtovı küçəsində yerləşən 105 saylı evdə qətl baş verib. Səhərisi gün Vahid Əhmədovun (1951-ci il təv.) meyiti kirayə qaldığı evin sahibi tərəfindən tapılıb, daha sonra o bu barədə Yasamal RPİ 28-ci polis bölməsinə məlumat verib. Hadisə yeri müayinə edildikdən sonra mərhumun meyiti məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Araşdırma aparılarkənüç uşaq atası olan Vahid Əhmədovun əvvəl polis orqanlarında işləməsi, hadisədən bir müddət əvvəl təqaüdə çıxması və sözügedən evdə tək yaşaması məlum olub.
Səhərisi gün Yasamal RPİ Cinayət-axtarış şöbəsi və 28-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Vüqar Yunusov tutulub. Dindirmə zamanı, o törətdiyi cinayət əməlini etiraf edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxselan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 6-da axşam oVahid Əhmədovla spirtli içki qəbul edəndən sonra, sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Bunun nəticəsi olaraq, Yunusov masa üzərindən götürdüyü bıçaqla Əhmədovun döş və qarın nahiyəsinə zərbələr vurub, sonra isə qorxaraq hadisə yerindən qaçıb. Yeniyetmə törətdiyi əməldən peşman olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Yunusov 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin vəkili Yunusovun cəzasının yüngülləşdirilməsi məqsədi iləapellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsi hökmünün qüvvəsində saxlanılması barədə qərar qəbul edib.