Bakı şəhərindəki mağazanın anbarında yanğın baş verib.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Şərifzadə küçəsi 31/59 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən, tibbi avadanlıqlar satılan mağazanın anbarı ümumilikdə 9kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, anbarda olan avadanlıqlar yanğından mühafizə olunub.