Yasamalın icra başçısından Səbailin başçısına cavab gəldi

Yasamalın icra başçısından Səbailin başçısına cavab gəldi
Bütün Xəbərlər
15:05 18.07.2013
1112

İbrahim Mehdiyev: “Jurnalistlərlə görüşün ilk təşəbbüskarlarından biri mən olmuşam”

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun Milli Mətbuat Günündə ölkə jurnalistləri ilə görüşü cəmiyyətdə ciddi maraqla qarşılanıb. Bir çox ekspertlər digər icra başçılarının da bu nümunədən istifadə etməsini zəruri sayaraq, bunu məmur-ictimaiyyət münasibətlərinin inkişafı istiqamətində atılan vacib addım kimi qiymətləndirirlər.

Bəs görəsən digər icra başçıları hansı səbəbdən mətbuat nümayəndələri ilə görüşmür və Milli Mətbuat Günündə qələm əhli ilə bir araya gəlmirlər?

Editor.az məsələyə münasibət öyrənmək üçün Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə söhbətləşib.

Portalımıza açıqlamasında icra başçısı ölkə jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edərək, özünü mətbuata açıq rayon rəhbərləri sırasında gördüyünü diqqətə çatdırdı: “İndiyə qədər bir neçə dəfə mətbuat nümayəndələri ilə görüş keçirmişəm. Jurnalistlərlə görüşün ilk təşəbbüskarlarından biri mən olmuşam. Mətbuatla təmas vacibdir və biz bunu öz fəaliyyətimizdə daim nəzərə almağa çalışırıq”.

OXŞAR XƏBƏRLƏR