Prezident İlham Əliyev Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevin geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
AZXEBER.COM-un prezidentin saytına istinadən xəbər verir ki, Y. Əliyev Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb. Prezidentin digər sərəncamı ilə Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.












































