Yaşar Nuri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Bütün Xəbərlər
18:39 11.11.2011
1534
Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyəti pisləşib. Aktyor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aktyor Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə alır. Yaşar Nurinin özündə olmadığı, danışa bilmədiyi deyilir. Faktı APA-ya təsdiqləyən Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva aktyorun vəziyyətinin həqiqətən də yaxşı olmadığını açıqlayıb: “Yanına mən də daxil olmaqla, heç kim buraxılmır. Hər şey gözlənildiyindən də pisdir. Bu hal bizi çox narahat edir. Akademik Milli Dram Teatrında keçirilən yubileyindən sonra gündəlik müayinə olunurdu, hospitala gedirdi. Amma bu dəfə halı pisləşdi. Bunun səbəbləri mənə məlumdur, orqanizmi artıq mübarizə apara bilmir. Elə şeylər var ki, açıqlaya bilmirəm. Yaşarı yerindən belə tərpətmək olmaz. Anlayıram ki, durumu çox ağırdır”.