Yaşar Nuridən şad xəbər

Yaşar Nuridən şad xəbər
ŞOU-BİZNES
23:54 22.09.2011
1511
Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti yaxşılaşıb. Bu barədə APA-ya məlumat verən aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib ki, bu gün Yaşar Nurinin səhhətində irəliləyiş müşahidə olunub. Aktyor bu gün süni nəfəs aparatdan ayrılıb və sərbəst danışmağa başlayıb: “Bu gün Yaşarla telefonla danışdım. Yubileyinə görə narahat olduğunu bildirdi. Amma İnşallah hər şey yaxşı olacaq. Artıq sərbəst danışır, danışığı da qaydasındadır”.R. Nuriyeva qeyd edib ki, Yaşar Nuri sabah palataya köçürülə bilər.
OXŞAR XƏBƏRLƏR