Yaşar Nurinin vəziyyəti yaxşılaşır

Yaşar Nurinin vəziyyəti yaxşılaşır
Bütün Xəbərlər
21:17 17.11.2011
1504

Xalq artisti Yaşar Nuri bir neçə günlük müalicədən sonra bu gün yataqdan qalxaraq oturub.

Bu barədə aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Bu gün Y. Nuri ilə görüşdüyünü deyən R. Nuriyeva, onun hələlik danışmadığını qeyd edib: “Xeyli müddətdən sonra bu gün məni Yaşarın yanına buraxdılar. Həkimlər onu oturdurublar, gözlərini açıb mənə baxırdı. Amma danışmağına hələlik icazə verilmir, çünki bu, səhhətinə pis təsir edə bilər. Rahatdır, onu yaxşı gördüm. İnşallah, səsini də eşidərəm”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nuri bir müddətdir, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur. Aktyorun ağ ciyərində problemlər yaranıb. /// APA
OXŞAR XƏBƏRLƏR