Yaşar Qurbanov “Əl-İraqiyyə” telekanalına Qarabağla bağlı müsahibə verdi

Yaşar Qurbanov “Əl-İraqiyyə” telekanalına Qarabağla bağlı müsahibə verdi
SOSİAL
16:06 03.04.2016
2153

Dağlıq Qarabağda baş verən savaş bütün dünyanın diqqətindədir. Dünyanın aparıcı telekanalları bu barədə xəbərləri flaş olaraq, verirlər. Təəssüf ki, erməni diasporasının güclü olduğu ölkələrdə savaşla bağlı qeyri-dəqiq və qərəzli xəbərlər yayılmaqdadır. Ancaq müsəlman ölkələri bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirirlər.

Yenicag.az xəbər verir ki, ərəb dünyasında ciddi nüfuza malik məşhur “əl-İraqiyyə” telekanalı bu gün baş verən döyüşlərə geniş yer ayırıb. Azərbaycanın mövqeyinin dəstəkləndiyi xəbərlərdə erməni təcavüzü qəti şəkildə pislənilib.

“Əl-İraqiyyə” telekanalı mövzu ilə bağlı Azərbaycandan tanınmış ilahiyyatçı alim, şərhçi Yaşar Qurbanovdan geniş müsahibə götürüb.

Y.Qurbanov bildirib ki, bu gün Azərbaycan Ermənistan tərəfindən hücuma məruz qalsa da, cavab atəşi ilə erməni terrorçuları darmadağın edilib: “Savaşı Azərbaycan tərəfinin başlatdığına dair erməni təbliğatı uydurmadır”.

İlahiyyatçı qeyd edib ki, erməni təxribatı onsuz da gərgin olan İrəvanın siyasi vəziyyətini daha da pisləşdirəcək: “Bu gün Türkiyə ilə İran başda olmaqla bütün İslam aləmi müsəlman diyarı Azərbaycana qarşı bu hücumları pisləyir. Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Ermənistan 90-cı illərin əvvəlindəki kimi yalanlarını beynəlxalq aləmə yeridə bilmir və bilməyəcək də”.

Qeyd edək ki, Y.Qurbanov müntəzəm olaraq, ərəb telekanallarında Azərbaycan və regionla bağlı şərhlərlə çıxış edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?