Bu gün mərhum jurnalist Rasim Əliyevin doğum günüdür.
AZXEBER.COM -un məlumatına görə, Rasim yaşasaydı, 31 yaşını qeyd edəcəkdi. Bu gün jurnalistin ailə üzvləri, yaxınları, dostları onu məzarı başında – Mehdiabad qəbiristanlığında yad ediblər.
Xatırladaq ki, avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.
Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.
Fotolar musavat.com-a məxsusdur: