xari

YAŞAT Fondu qazi Turalın müalicə xərclərini öz üzərinə götürdü

SOSİAL
13:57 09.01.2021
3213
"Qazi Əsadzadə Turalın səhhəti ilə bağlı YAŞAT Fondu dərhal reaksiya verib, anası ilə əlaqə saxlayıb, xəstəxanada ziyarət edib, xərcləri qarşılamağa hazırdır".

Bu barədə AZXEBER.COM-a YAŞAT Fondundan məlumat verilib.

Son günlər bu qazi ilə bağlı sosial şəbəkə istifadəçiləri kütləvi paylaşımlar edib.

YAŞAT Fondundan qazinin bütün xərclərini qarşılamağa hazır olduqları və ailəyə bu haqda məlumat verildiyi bildirilib. 

Qeyd edək ki, Tural Əsədzadənin 22 yaşı var. Bərdədə doğulub. Vətən müharibəsinə könüllü yollanıb. Talış istiqamətində başından aldığı güllə yarası onu yatağa məhkum edib. Tural hazırda gəzə bilmir, əl-qolunu tərpədə bilmir, danışa bilmir.
 

 


OXŞAR XƏBƏRLƏR