“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR

“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
SOSİAL
15:55 21.09.2026
204
19 sentyabr 2026-cı il tarixində Bakı şəhərində "Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib.

AZXEBER.COM xəbər verir ki, festival Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və "Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin təbliği, mədəniyyət sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinə ictimai dəstəyin artırılması, həmçinin uşaqların və gənclərin mədəniyyətə və milli irsə marağının təşviq edilməsindən ibarət olub.

Festivalın əvvəlində Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli, "Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin Baş katibi Aysel Tahirova, Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva, Rizvan Nəbiyev, Rövşən Muradov, Arzuxan Əlizadə və Vüqar İskəndərov çıxış ediblər.

Çıxışlarda Azərbaycan mədəniyyətinin və mədəni irs nümunələrinin qorunması, təbliği və tanıdılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması, mədəniyyət sahəsində maarifləndirici tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə ictimai təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Festival çərçivəsində mədəniyyət və mədəni irs mövzusunda panel müzakirəsi təşkil olunub. Müzakirə zamanı mədəni irsin qorunması və təbliği, mədəniyyət sahəsində maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, eləcə də mədəni dəyərlərin cəmiyyətə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tədbirin proqramına konsert proqramı, mədəni təqdimatlar, uşaqlar üçün teatr tamaşası və film nümayişi daxil olub.

Festival çərçivəsində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında "Sehrli güzgü” tamaşası nümayiş etdirilib. Tamaşa uşaqların mədəni və estetik dünyagörüşünün inkişafına, onların teatr sənətinə marağının artırılmasına xidmət edib.

Günün sonunda festival iştirakçıları üçün açıq səma altında Azərbaycan kinosunun klassik nümunələrindən olan "Əhməd haradadır?” filminin nümayişi təşkil olunub.

"Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” çərçivəsində keçirilən tədbirlər Azərbaycan mədəniyyətinin və mədəni irsin müxtəlif istiqamətlərinin ictimaiyyətə təqdim olunmasına, mədəni maarifləndirmənin genişləndirilməsinə və milli-mədəni dəyərlərin təbliğinə yönəlib.

Festivalın keçirilməsi mədəni irsin qorunması və təbliği sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına, həmçinin mədəniyyətə dair maarifləndirici təşəbbüslərin dəstəklənməsinə töhfə verib.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”
17:10 21.09.2026
Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
16:49 21.09.2026
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
ABŞ-dən İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
16:34 21.09.2026
ABŞ-dən İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
3-cü kurs tələbəsi vəfat etdi
16:22 21.09.2026
3-cü kurs tələbəsi vəfat etdi
Bakıda iki bağça fəaliyyətə başladı
16:18 21.09.2026
Bakıda iki bağça fəaliyyətə başladı
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
16:10 21.09.2026
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
16:07 21.09.2026
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
16:06 21.09.2026
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
15:55 21.09.2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
15:41 21.09.2026
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
15:32 21.09.2026
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
15:27 21.09.2026
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
14:48 21.09.2026
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
14:44 21.09.2026
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
14:43 21.09.2026
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
14:38 21.09.2026
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”