“Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırdı

“Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırdı
SOSİAL
10:35 22.10.2025
115

Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən "Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb.

AZXEBER.COM xəbər verir ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə "Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil edilib. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və "yaşıl təhsil” barədə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

ICESCO-nun Təhsil Sektorunun rəhbəri Heddi Jatu Seyin moderatorluğu ilə keçirilən panel müzakirəsində Kembric Universitetinin Qlobal İqlim Təhsili üzrə direktoru Kristin Ozdene, Beynəlxalq Bakalavriat (IB) Təşkilatının Baş Təhsil Direktoru Dr. Şehzad Civa, 2024-cü ildə keçirilmiş ICESCO Təhsil Nazirlərinin 3-cü Konfransının İcraiyyə Komitəsinin sədri Əhməd Albanian, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramının Azərbaycan üzrə rəhbəri Tofiq Əhmədov iştirak ediblər. Ekspertlər ekoloji şüurun formalaşdırılması və "yaşıl təhsil”in təşviqi istiqamətində təşəbbüslərin sistemli və tərəfdaşlıq prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini vurğulayaraq həm milli, həm də beynəlxalq səviyyədə vahid yanaşmanın formalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. 
 

Kembric Universiteti və Beynəlxalq Bakalavriat (IB) Təşkilatının təlimçiləri tərəfindən aparılan iki günlük regional seminarın yekununda iştirakçı ölkələr tərəfindən "yaşıl təhsil”in inkişafı istiqamətində atılacaq növbəti addımlar müəyyənləşdirilərək bu istiqamətdə tövsiyələr hazırlanıb.  
 

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikalarının təmsil olunduğu seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, "yaşıl məktəb” modelinin tətbiqi istiqamətində müzakirə aparmaq olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib