"Ageizm", yəni eycizm indi Qərb mediasında inkişaf edən sindromlardan biridir.
Eycizm aktrisa və şou-biznes ulduzlarının müəyyən yaşa çatandan sonra telekanal, jurnallar, agentliklər və modalar evlərinin onların xidmətlərindən istifadə etməkdən boyun qaçırmalarıdır.
İngiltərənin ən məşhur aktrisa, model və müğənnilərinin bir neçəsi Britaniya telekanallarındakı eycizmə etiraz məqsədilə soyunublar.
"Coronation Street" teleserialının ulduzları Şerri Hyuson və Andrea Maklin həmkarları Cillian Tayfort və Beverli Kallarla birlikdə lüt soyunaraq "Best" jurnalı üçün fotosessiyaya çəkiliblər.
56 yaşlı Cillianın dediyinə görə, cavanlıq illərindən fərqli olaraq, indi ona çox nadir hallarda rol verirlər.
"Telekanallarda kişinin 40 və ya 50 yaşlı olması ona problemlər yaratmır. Qadın üçünsə bu, böyük problemdir. Orta yaşlı müğənni, aktrisa və modellər özlərini unudulmuş, həyatdan "silinmiş" hiss edirlər", - Cillian Tayfort deyib.
Beverli Kallar isə bildirib ki, 40 yaşına çatandan sonra teleseriallarda rol almaq çətinləşib: "Bu problemlər mənə yaşımdan həzz almağa mane olur. Halbuki biz qoca deyilik".
/// milli.az