Yataqxanada güclü yanğın baş verdi

Yataqxanada güclü yanğın baş verdi
Bütün Xəbərlər
07:38 06.10.2011
1352

Bakının Ramana qəsəbəsində yerləşən 31 saylı yataqxanada yanğın baş verib. Zeynalov Rizvan Eldar oğluna məxsus evdə yaranmış yanğın nəticəsində ikiotaqlı mənzil bütün əşyaları ilə birgə yanıb. Güclü alov evi bütövlükdə öz ağuşuna aldığı zaman, içəridə hətta ev sahibinin 4 yaşlı övladı Elmar da olub. Xoşbəxtlikdən balaca Elmar anasının ayıq-sayıqlığı nəticəsində vaxtında alovun pəncəsindən xilas ola bilib. Evin xanımı Sevil Zeynalova isə qollarından və üzündən ciddi yanıq xəsarətləri alıb. Yaralı elə qonşuların köməkliyi ilə 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsinə çatdırılıb və ona lazımi tibbi yardım göstərilib. Hadisə baş verən ünvana dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib və alovun qonşu mənzillərə keçməsinin qarşısı vaxtında alınıb. Güclü alov dəf edilsə də, Zeynalovların evində yanğın artıq öz sözünü deyib. Evdən qismən salamat şəkildə ancaq qıraq-bucaqları yanmış yorğan-döşəkləri çıxarmaq mümkün olub. Şahidlərin sözlərinə görə, yanğın olan ikinci otaqda hər şey yansa da, şkaf içərisindəki müqəddəs Qurani-Kərim kitabı ilə birgə salamat qalıb. Binada təxminən 60 ailə məskunlaşıb. Ancaq yanğın bir mənzili əhatə edib. Qeydə alınmış yanğının səbəblərini FHN-nin təhqiqat qrupu araşdırıb. İlkin versiyaya görə, hadisəyə elektrik xətlərində yaranmış nasazlıq səbəb olub. Faktla bağlı başlanılan araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
ABŞ-də iki Çin vətəndaşı casusluqda ittiham olunaraq həbs ediliblər
20:50 01.07.2025
ABŞ-də iki Çin vətəndaşı casusluqda ittiham olunaraq həbs ediliblər