‘Yaxın 2-3 günə ölməsə Zaurun yaşamasına ümid artacaq’

‘Yaxın 2-3 günə ölməsə Zaurun yaşamasına ümid artacaq’
Bütün Xəbərlər
12:43 27.12.2013
1726

Qarabağ qazilərin srağagün özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun səhhəti və bu gün baş verənlərlə bağlı məlumat yayıblar. Bu barədə "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, jurnalist Rey Kərimoğlu sosial mediada yazıb.

R.Kərimoğlu qeyd edib: "Səhərdən Qarabağ qaziləri ilə dünən özünü yandıran Zaur Həsənov yatan 5 saylı xəsətxanadayıq. "Qarabağ qaziləri" , "Vətən Müharibəsi Əlilləri", "Şəhid Ailələri Cəmiyyəti", "Azərbaycan Vətən Müharibəsi Vetaranları" (təmsilçi Kamil Şirinov), "Bakı Veteranlar Birliyi", "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" ictimai birliklərinin sədrləri və faəlları gün ərzində xəstəxanada olduq. Zaurun səhhəti ilə maraqlandıq, günün ikinci yarısı "Qarabağ qaziləri" İB-nin sədr müavini Firudin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Həmkarlar İttifaqı Konfederasiyasına gedərək Səftər Mehbalıyevləgörüşüb. Zaurun səhəti ağır olaraq qalır. Həkimlərin bildirdiyinə görə, hazırda onun yaşama şansı çox azdır. Həkimlərin və tibb mütəxəsislərinin verdiyi məlumata görə, yaxın 2-3 ölməsə Zaurun yaşamasına ümid artacaq".

R.Kərimoğlu bəzi mətbuat orqanlarında qazilərin xəstəxanada aksıya keçirmələri barədə yazdıqları xəbərə toxunaraq qeyd edib ki, bu, həqiqəti əks etdirmir: "Əzizi, doğması can üstə olan insanın yaxınları nə edirsə, bu gün biz onu etmişik. Gün ərzində ora xeyli insan gəlib. Onların nə deməsi, nə bəyanat verməsinə biz cavabdeh deyilik. Yeri gəlmişkən, sosial şəbəkələrdə şənbə günü Qarbağ qazilərinin Fəvvaələr meydanında etiraz aksiyası keçirməsi ilə bağlı mətbuatda məlumat yayılıb. "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri kimi rəsmi şəkildə bəyan edirəm ki, nə bizim təşkilat, nə də bu gün orada olan, yuxarıda adını çəkdiyim təşkilatlar, yaxın günlərdə aksiya keçirəcək. İstənilən ölkə vətəndaşı qanun çərçivəsində hər hansı bir aksiya keçirə bilər. Biz kiməsə nə qadağa, nə də çağırış etməmişik. Amma hər hansı bir aksiya keçimək hüququmuzu da saxlayırıq. Hazırda hamımızın diqqəti Zaurun həyatını xilas etməyə yardımçı olmaqdır. Zaurun səhəti ilə maraqlanan hər kəs, xəstəxanaya sabah da gələ bilər.

Onu da xüsusi olaraq qeyd edirəm ki, bu sırf sosial-hüquqi məsələdir. Ortalıqda cinayət faktı var-vətəndaşı özünə qəsd etməyə məcbur etmə".

R.Kərimoğlu öz açıqlamasının sonuna xüsusi qeyd etməyi də lazım bilib. Həmin qeyd belədir: "Xəstəxanaya gələnlər arsında müxtəlif siyasi mövqeyi olan insanlar Z.Həsənovun səhhəti ilə maraqlanmaq üçün xəstəxanada olublar. Biz orada kiminsə mövqeyinə, çıxışına görə məsuliyyət daşımırıq.Olyala bağlı əlavə məlumat veriləcək. Kim istəsə bu məlumatı mənim adımdan xəbər kimi istifadə edə bilər".

OXŞAR XƏBƏRLƏR