Yaxın qohumların bir-biri ilə ailə qurması qadağan edildi

Yaxın qohumların bir-biri ilə ailə qurması qadağan edildi
DÜNYA
10:23 01.07.2016
1502

Tacikistanda yaxın qohumların bir-biri ilə nikaha girməsini qadağa edən qanun iyunun 1-də qüvvəyə minib.

Bu haqda "Asiya-Plyus" agentliyi məlumat yayıb.

İnformasiyaya görə, "Vətəndaşın vəziyyətinin dövlət qeydiyyatı haqqında" qanuna edilən dəyişikliyə əsasən əmi, dayı, xala, bibi uşaqları və nəvələri bir-biri ilə ailə qura bilməz. Bundan başqa dəyişiklikdə nikaha daxil olanların məcburi qaydada tibbi müayinədən keçməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nüsrətulla Səlimzoda 2015-ci ildə ölkədə 30 min əlil uşağın qeydə alındığını və onların çoxunun valideynlərinin qan qohumu olduğunu bildirmişdi.

OXŞAR XƏBƏRLƏR