“Yaxşı Cazibə”nin kollektivi Bakıda mətbuat konfransı keçirdi - FOTO

MARAQLI
00:59 02.09.2011
2082

Türkiyədə yayımlanan “Yaxşı Cazibə” serialının kollektivi avqustun 31-də Bakıya gəlib. Yaradıcı heyət sentyabrın 1-də media nümayəndələri ilə görüş keçirib. Mətbuat konfransında “Eurovision-2011” qalibimiz Nigar Camal və aktrisa Məlahət Abbasova da iştirak edib. Aktyorlar Bakının səliqəli, təmiz şəhər olmasından ağızdolusu danışıblar. Aslıhan Gürbüz özünü Azərbaycanda deyil, sanki Türkiyədə hiss etdiyini xüsusi vurğulayıb. “Simgə” xarakterinin obrazı Hande Katiboğlu isə həyatda oxşar xüsusiyyətlərə malik olmadığını deyib. “Yaxşı Cazibə”nin “Kamal” obrazı – Hakan Yılmaz yumoru və hazırcavablığı ilə yerli medianın rəğbətini qazanıb. Məlahət Abbasova serial və onun ətrafında gəzən tənqidlərə aydınlıq gətirib: “Aslıhanın Azərbaycan dilində yaxşı danışa bilməməsi tənqidlərə səbəb oldu. Lakin Bakıda Azərbaycan dilini bilməyən, lakin rusca danışan ailələr də çoxdur”. Tədbirdə iştirak edən Nigar Camal öz istəyi ilə bu seriala çəkildiyini deyib: “Mən bu seriala İngiltərədə olanda baxırdım. Məlahət Abbasovanın proqramında qonaq olanda bu arzumu dedim”. Aktyorlar Azərbaycanda serial çəkilişində əməyi olan bütün qurumlara, yerli mətbuat nümayəndələrinə və Məlahət Abbasovaya təşəkkür ediblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura