Yaxşı oğlanın bacısı necə olmalıdır?

Yaxşı oğlanın bacısı necə olmalıdır?
KÖŞƏ
00:34 24.07.2012
4976
Günel MövludKultura.Az "Yaxşı oğlan"ın necə olduğunu hamımız bilirik. Amma təəssüf ki, bizim "yaxşı qız" anlayışımız ya yoxdur, ya da yaxşı inkişaf etməyibdir. Daha doğrusu, qızın yaxşı olmağı onun öz adı ilə bağlı deyil. Qız özü durduğu yerdə yaxşı ola bilməz. O ancaq yaxşı oğlanın bacısı ola bilər.Amma dünya dəyişdikcə "yaxşı oğlan" özü də müasir texnologiyalara uyğun dəyişdiyi kimi, yaxşı oğlanın bacısının parametrləri də periodik olaraq dəyişir. Bu yazıda çalışacam ki, günümüzdə "yaxşı oğlanın bacısı"nın dəqiq təsvirini verim.Qızın "yaxşı oğlanın bacısı" olduğunu ilk baxışdan anladacaq şey onun qaşlarıdır. "Yaxşı oğlanın bacısı" qaşını almır, üzündəki digər lazımsız tükləri aradabir "perekis"lə saraldır və ərə gedənə qədər bu tükləri göz bəbəyi kimi qoruyur. Qaşlarını, bığını, saqqalını ərə gedənə qədər göz bəbəyi kimi qoruyan "yaxşı oğlanın bacısı" ərə gedən günü qaşlarını dibindən qırxdırıb, gözündən iki metr aralıda tatu qaş düzəltdirməlidir."Yaxşı oğlanın bacısı" saçını saraltmalı, döşü balacadırsa, lifçiyinə pambıq doldurmalı, on santimetrlik dırnaq saxlamalı, dodaqlarının kənarlarına qara karandaşla haşiyə çəkməli, gözlərinin kənarına "quş" qoymalıdır (mən də gözümün kənarına quş qoyuram, amma "yaxşı oğlanın bacısı"yammı – bu sual məni hələ də düşündürür)."Yaxşı oğlanın bacısı" altıncı sinifdən çıxıb evdə oturmalıdır. Yaxşı oğlanın bacısı hıqqına-hıqqına adını yazmalı, ömründə "Yuxuyozmalar" kitabından başqa kitab üzü açmamalıdır. Yaxşı oğlanın bacısı internetə girməməli, "çat", "sayt" kimi sözlərin nə ehtiva etdiyini bilməməlidi.İşdi, "yaxşı oğlanın bacısı" yaxşı oğlanın gözündən yayınıb, bir-iki sayta-zada giribsə, bir-iki müasir yazardan nəsə oxuyubsa, belə olan halda Əli Əkbərə ürəkdən nifrət etməli, Seymur Baycanı adam yerinə qoymamalı, Günel Mövludu əxlaqsız hesab eləməlidir."Yaxşı oğlanın bacısı"nın telefonunun ekranında Ismayıl YK-nın, Mahsun Kırmızıgülün, Polad Ələmdarın şəkli olmalıdır. Yaxşı oğlanın bacısının telefonunun yaddaş kartı, mesajları, gəlib-gedən zənglər hər axşam təftişdən keçməlidir."Yaxşı oğlanın bacısı"nın sevimli verilişləri "Toy olsun" və "Onun yarısı" evləndirmə şoularıdır. Burada gördükləri yaxşı oğlanlara elçi düşməli, analarından icazə alıb, qardaşından gizlədərək efirə zəng eləməli və səhəri gün oğlana özünü göstərmək üçün geyinib-kecinib studiyaya getməlidir."Yaxşı oğlanın bacısı" küçədə ona baxan, söz atan, saat soruşan oğlanın cavabını "ay oğraş, sənin anan-bacın yoxdur?!" tipli daşdankeçən arqumentlərlə verməli və oğlanı qardaşına döydürməlidir."Yaxşı oğlanın bacısı"nın qardaşından gizli görüşə çıxdığı bütün oğlanlara ilk sualı "məni alassan?" olmalıdır. "Yaxşı oğlanın bacısı" şəhərə, marketə, aptekə, bir sözlə heç yerə tək getməməlidir. Onun yanında mütləq sumkasından brelok asıb, saçını saraltmış, can-ciyər bir rəfiqəsi olmalıdır. Əslində, "yaxşı oğlanın bacısı"nın ən yaxın rəfiqəsi anası olmalıdır. Amma imkan düşsə, bir rəfiqəsi də olmalıdır ki, onunla hər yerə bir gedib, eyni ətirlərdən vursun, eyni lifçiklərdən taxsınlar."Yaxşı oğlanın bacısı" qonşusunun qardaşı nəvəsi, bibisinin kirvəsinin kəndçisi janrında bir oğlanla nişanlanmalı, amma nişanlısı ilə gəzməyə çıxmamalıdır. Amma fürsət tapanda, allahın da gözündən uzaq yerlərdə məməsinin birini və ya cütünü qonum-qonşudan əsirgəməməlidir."Yaxşı oğlanın bacısı" ata-anası, qardaşı ilə bir otaqda olanda, televizorda öpüşmə səhnəsi gedirsə, qızarıb otağı tez tərk etməli, gecələr hamı yuxuya gedəndən sonra pornoya baxmalıdır. Amma bunu zövq almaq üçün deyil, maariflənmək üçün eləməlidir."Yaxşı oğlanın bacısı" bu yazını oxumaz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub