Yay infeksiyaları: Uşaqları nələrdən və necə qorumaq lazımdır?

Yay infeksiyaları: Uşaqları nələrdən və necə qorumaq lazımdır?
SOSİAL
23:25 21.07.2026
931
Yay ayları istirahət, səyahət və açıq havada daha çox vaxt keçirdiyimiz bir mövsüm olsa da, eyni zamanda müxtəlif infeksion xəstəliklərin daha sıx müşahidə olunduğu dövrdür.

İsti hava, yüksək rütubət, qida məhsullarının tez xarab olması, hovuz və çimərliklərdən intensiv istifadə, eləcə də gigiyena qaydalarına kifayət qədər əməl olunmaması infeksiyaların yayılmasını asanlaşdıra bilər.

Bu infeksiyalara yoluxma hər yaş qrupunda rast gəlinə bilər. Lakin immun sistemi hələ tam formalaşmamış uşaqlarda xəstəlik daha ağır gediş göstərə, maye itkisi və digər ağırlaşmalar daha qısa müddətdə inkişaf edə bilər. Məhz buna görə yay mövsümündə həm profilaktik tədbirlərə əməl etmək, həm də xəstəliyin ilkin əlamətlərini vaxtında tanımaq xüsusi əhəmiyyət daşıyır.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, hər yay eyni klinik mənzərə ilə qarşılaşır:

Yay infeksiyaları: Uşaqları nələrdən və necə qorumaq lazımdır?

"Valideynlər uşaqlarını yüksək hərarət, qusma, ishal və ümumi halsızlıq şikayətləri ilə qəbula gətirirlər. Ətraflı sorğu zamanı çox vaxt eyni səbəblərlə qarşılaşırıq: hovuz istifadəsi, gigiyena qaydalarına kifayət qədər diqqət edilməməsi, düzgün saxlanılmayan qidaların qəbulu və isti havada uzun müddət açıqda qalan məhsullar. Uşaqlarda bu vəziyyətlərə daha ciddi yanaşmaq lazımdır. Çünki uşağın immun sistemi, yəni infeksiyalara qarşı müdafiə mexanizmi hələ tam formalaşmayıb. Bundan əlavə, uşaqların bədənində maye ehtiyatı böyüklərlə müqayisədə daha az olduğu üçün dehidratasiya, yəni orqanizmin həddindən artıq maye və duz itirməsi, daha sürətlə inkişaf edə bilər".

"Yay aylarında ən çox rast gəldiyimiz problemlərdən biri də kəskin qastroenteritlərdir. Qastroenterit mədə-bağırsaq sisteminin iltihabi xəstəliyidir. Bu vəziyyətə əsasən viruslar, bakteriyalar, bəzi hallarda isə parazitlər səbəb olur.

Uşaqlarda ən çox rast gəlinən törədicilər sırasında rotavirus, norovirus, adenovirus, həmçinin Salmonella və kampilobakter kimi bakteriyalar yer alır. Bu infeksiyalar zamanı uşaqlarda ishal, qusma, qarın ağrısı, hərarət və iştahasızlıq müşahidə olunur.

Lakin əsas təhlükə yalnız infeksiyanın özü deyil. Əsas risk qusma və ishal nəticəsində yaranan maye itkisi və elektrolit balansının pozulmasıdır. Xüsusilə körpələrdə və kiçik yaşlı uşaqlarda bu vəziyyət qısa müddət ərzində ağırlaşa bilər", - həkim vurğulayıb.

O, bununla bağlı valideynlərə tövsiyə verib:

"Əl gigiyenası sadəcə bir vərdiş deyil, infeksiyalardan qorunmanın ən vacib yollarından biridir. Əllərin yeməkdən əvvəl, tualetdən sonra və çöldən gəldikdən sonra düzgün yuyulması bir çox xəstəliyin qarşısını ala bilər.

Yay aylarında rast gəldiyimiz digər problemlərdən biri dəri və selikli qişa infeksiyalarıdır. İsti və nəm mühit mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır.

Hovuz istifadəsindən sonra uşaqlarda xarici qulaq yolu iltihabı otit externa, göbələk infeksiyaları dermatofitozlar, həmçinin bakterial dəri infeksiyaları impetigo və follikulit daha çox müşahidə oluna bilər.

Uşağın hovuzdan sonra uzun müddət yaş çimərlik geyimində qalması dərinin qoruyucu baryerini zəiflədə bilər.

Xüsusilə qız uşaqlarında bu vəziyyət sidik yolu infeksiyalarının yaranma riskini artıra bilər. Bu zaman sidik kisəsinin iltihabı və sidik kanalının iltihabı inkişaf edə bilər".

"Yay aylarında diqqət etməli olduğumuz digər mühüm məsələ isə istiyə bağlı xəstəliklərdir. Uşaqlar uzun müddət gün altında və ya isti mühitdə qaldıqda bədən temperaturunu tənzimləməkdə çətinlik çəkə bilərlər.

Nəticədə uşaqda istidən halsızlıq və günvurma yarana bilər. Günvurma zamanı bədənin temperatur tənzimləmə sistemi pozulur və bədən hərarəti təhlükəli səviyyələrə yüksələ bilər. Bu vəziyyət bəzən infeksiya ilə qarışdırılır, amma səbəb və müalicə yanaşması tamamilə fərqlidir.

Mənim əsas tövsiyəm isə uşağınızı diqqətlə müşahidə edin. Uşağın əvvəlki kimi oynamaması, davamlı halsızlıq, iştahasızlıq, ağız quruluğu, göz yaşının azalması və sidiyin azalması susuzlaşmanın erkən əlamətləri ola bilər.

Əgər uşağın hərarəti 38.5°C-dən yüksəkdirsə, qusma və ya ishal 24 saatdan artıq davam edirsə, uşaq maye qəbul edə bilmirsə və ya susuzlaşma əlamətləri varsa, həkimə müraciəti gecikdirmək olmaz.

Yay uşaqlar üçün sağlam, təhlükəsiz və xoş xatirələrlə dolu bir mövsüm olmalıdır. Sadə gigiyena qaydalarına əməl etməklə, qida və su təhlükəsizliyinə diqqət etməklə, həmçinin xəstəliyin ilkin əlamətlərini vaxtında tanımaqla yay infeksiyalarının böyük hissəsinin qarşısını almaq mümkündür", - deyə pediatr əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı