Yay qripi və onun fəsadları - Necə qorunaq?

SAĞLAMLIQ
12:29 19.07.2023
490
İnsanların son vaxtlar şikayət etdiyi xəstəliklərdən biri yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. 

AZXEBER.COM xəbər verir ki, isti havada xilas yolu kimi görünən kondisionerlər yayda əsas xəstəlik mənbəyi hesab olunur. 

Xəstəliyin əsas simptomları adi qripdə olan üşütmə, titrəmə, qızdırma, burun axması, öskürək, boğaz ağrısıdır. 

Yay qripi halsızlıq, yorğunluq, xırıltılı nəfəsalma, əzələ ağrıları ilə də özünü göstərə bilir. Bədən müqavimətinin zəifləməsinin səbəblərindən biri də çimərlik və hovuzdan sonra gigiyenik qaydalara düzgün əməl edilməməsidir.

Əgər sizdə qızdırma, burun axıntısı, üşütmə, halsızlıq və şiddətli baş ağrısı kimi hallar varsa, deməli sizdə də yay qripinin əlamətləridir.

Yay qripi zamanı xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir:

- üşütmə
- qızdırma
- şiddətli baş ağrıları
- zəiflik

Xəstəliyin əlamətləri qəfil başlayır və xəstələrdə bir sıra patoloji simptomların əmələ gəlməsinə səbəb olur. Ağrılar ən çox göz almalarında, qaşüstü nahiyələrdə, gözü hərəkət etdirəndə çoxalır. 

Ayşən

OXŞAR XƏBƏRLƏR