Yayda Bakıdan yunan adasına təyyarə uçacaq

Yayda Bakıdan yunan adasına təyyarə uçacaq
MEDİA
10:46 03.04.2014
1004
Azərbaycanda yay mövsümündə yeni marşrut açılacaq.
Belə ki, ölkənin aparıcı yerli turizm şirkətlərindən biri Yunanıstanın Krit adasına mövsümi uçuşlar yerinə yetirilməsi ilə bağlı hazırda bu ölkənin müvafiq dairələri ilə danışıqlar aparır.
Şirkətdən “APA-Economics”ə bildirilib ki, hazırda Şengen vizasının alınması ilə bağlı danışıqlar aparılır, məsələ həllini tapan kimi aviauçuşlar haqda məlumat veriləcək.
Bakıdan Yunanıstanın Krit adasına uçuşların iyun ayının sonundan avqust ayının sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
Aviauçuşları “Yunanıstan Hava Yolları”nın icra etməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR