Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda

Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
SAĞLAMLIQ
17:36 06.07.2026
282
Yay aylarında günəş şüaları dəridə piqmentasiya pozğunluqlarına səbəb olaraq tünd ləkələrin yaranmasına və mövcud ləkələrin daha da nəzərə çarpmasına gətirib çıxara bilər. Xüsusilə qadınlar, açıq dərili insanlar və hormonal dəyişiklik yaşayan şəxslər bu problemlə daha çox üzləşirlər.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, günəş ləkələrindən qorunmağın ən effektiv yolu hər gün, hətta buludlu havalarda belə, SPF 30 və ya SPF 50 qoruyucu kremdən istifadə etməkdir. Günəş kremi çölə çıxmazdan təxminən 15-20 dəqiqə əvvəl çəkilməli, uzun müddət açıq havada qalındıqda isə hər 2 saatdan bir yenilənməlidir.

Bundan əlavə, günəş şüalarının ən güclü olduğu 11:00-16:00 saatları arasında mümkün qədər birbaşa günəş altında qalmamaq tövsiyə edilir. Geniş kənarlı papaq, gün eynəyi və uzunqollu, açıq rəngli geyimlər də dərini UV şüalarının zərərli təsirindən qorumağa kömək edir.

Limon suyu, ətir və tərkibində turşular olan bəzi kosmetik vasitələrdən istifadə etdikdən dərhal sonra günəşə çıxmaq da dəridə ləkələrin yaranma riskini artırır. Buna görə də bu cür məhsullardan ehtiyatla istifadə edilməlidir.

Dərinin sağlam qalması üçün kifayət qədər su içmək, antioksidantlarla zəngin qidalar qəbul etmək və dəriyə uyğun qulluq vasitələrindən istifadə etmək də vacib hesab olunur.

Şahanə
OXŞAR XƏBƏRLƏR