Yayda ilanların artmasının əsl səbəbi açıqlandı

Yayda ilanların artmasının əsl səbəbi açıqlandı
SOSİAL
23:51 28.07.2026
831
Son vaxtlar Bakı kəndlərində və müxtəlif rayonlarda ilanların yaşayış sahələrinə yaxınlaşması sakinləri ciddi narahat edir. İnsanlar bu mənzərəni iqlim dəyişikliyi və ya təbiətin pozulması ilə əlaqələndirirlər. Ekspertlər isə vəziyyətin tamamilə təbii bioloji proses olduğunu bildirirlər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlamasında zooloq Samir Məmmədov bildirib ki, bu, normal prosesdir.

Onun sözlərinə görə, yay fəslində ilanlar aktivləşir:

"Bu dövr həm cütləşmə, həm də aktiv qidalanma mərhələsidir. Ona görə də onlar yuvalarından çıxırlar. Qida harada varsa, ora üz tuturlar. Məsələn, insanlar həyətdə cücə və ya toyuq saxlayırlarsa, ilanlar qidanın bol olduğu bağlara, kəndlərə, siçan, siçovul, qurbağa və digər canlıların yaşadığı ərazilərə gedirlər. Yəni qidanın bol olduğu ərazilərə üz tuturlar.

Əksər hallarda ilanlar insanlar üçün ciddi təhlükə yaratmırlar. Əgər ilan dişləməsi baş verərsə, ilk növbədə vaxt itirmədən toksikologiya şöbəsinə müraciət etmək lazımdır. Su ilanları ümumiyyətlə zəhərsizdir. Quruda yaşayan ilanlar arasında isə həm zəhərli, həm də zəhərsiz növlər var. Hər bir halda, ilanla qarşılaşdıqda sakit davranmaq və yavaş-yavaş həmin ərazidən uzaqlaşmaq lazımdır. Çünki ilanlar əsasən qorxduqda və ya təhlükə hiss etdikdə dişləyirlər. Yalnız onları tapdaladıqda və ya sıxışdırdıqda özünü müdafiə məqsədilə hücum edə bilərlər.

Bu, iqlim dəyişiklikləri ilə deyil, əsasən təbii bioloji proseslərlə bağlıdır.

Bəzi insanlar ilan gördükdə müxtəlif miflərə inanırlar. Məsələn, "ilanı öldürsən, yeddi qardaşı gələr" kimi fikirlər tamamilə əsassızdır. Biz təbiətdə yaşayan heyvanlarla birgə yaşamağa alışmalıyıq. Çünki bu planet yalnız insanlara məxsus deyil. Təbiətdə hər bir canlının öz rolu var və onların yaşaması ekoloji tarazlığın qorunması üçün vacibdir.

Məsələn, ilanlar olmasa, gəmiricilərin və digər zərərvericilərin sayı sürətlə artar. Bu isə müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Buna görə də təbiətə hörmətlə yanaşmalı, ilanlara toxunmamalıyıq. Bu halda onların insanlara zərər vermə ehtimalı da azalır.

İlan dişləmələri əsasən təsadüfi hallarda baş verir. İlan insanı təqib etmir və ona hücum etməyə çalışmır. Əksinə, insanlardan qorxur və onlarla təmasdan qaçmağa çalışır. Yalnız məcbur qaldıqda özünü müdafiə edir”.

Onun sözlərinə görə, ilanları öldürmək və ya müxtəlif üsullarla məhv etmək düzgün deyil:

"İlanların aidiyyəti qurumların köməyi ilə təhlükəsiz şəkildə təbii yaşayış mühitinə qaytarılması məqsədəuyğundur. Bu, təbiətdəki ekoloji balansın qorunması baxımından vacibdir.

Əgər həyətdə ilanların görünməsini istəmirsinizsə, ərazidə kolluq və sıx otluq saxlamayın. Toyuq və cücələri xüsusi ayrılmış yerlərdə, uyğun şəraitdə bəsləyin. Həyət təmiz saxlanılarsa və orada siçan, siçovul kimi gəmiricilər olmazsa, ilanların da həmin əraziyə gəlmə ehtimalı azalacaq”, – deyə zooloq fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO