Yediyimiz dönərin eşşək ətindən hazırlandığını bilirdinizmi? - ARAŞDIRMA

Yediyimiz dönərin eşşək ətindən hazırlandığını bilirdinizmi? - ARAŞDIRMA
Bütün Xəbərlər
13:36 04.07.2013
2952

Son zamanların aktual mövzusuna çevrilmiş eşşək ətindən hazırlanmış dönərlər əhalinin narahatlığına səbəb olub.

Belə ki, bu gün şəhərin hər yerində dönərxanalar fəaliyyət göstərir. Övladlarımızın, hətta böyüklərimizin sevə sevə yediyi bu dönərlərin tərkibində at, eşşək əti, hətta eşşək leşindən hazırlanmış ətin olmasıonun insan sağlamlığı üçün nə qədər təhlükəli olduğunu aydın ifadə edir. Vəziyyət o həddə çatıb ki, bu cür ət məhsullarından restoran, kafe və digər iaşə obyektlərində də istifadə olunur. Bu işlərlə xüsusi qruplar məşğuldurlar ki, onlar ölmüş qoyun, keçi, at, eşşək kimi heyvanların ətini restoran, kafe, dönərxanalara, hətta kolbasa, konservant hazırlayan sexlərə satmaqla məşğuldurlar.

Bəs restoranlarda bu sistemə nəzarət necə olunur?

Mövzu ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, bütün restoranlarda bu hal olmasa da, müəyyən şadlıq evləri var ki, bu cür hallara orada rast gəlmək mümkündür. Bəzi dönərxanalarda bu cür qanun pozuntuları hələ də davam edir. Ən təhlükəli məhsullar isə bu cür ətlərdən hazırlanmış kolbasa, sosiska, həmçinin ət “tuşonka”sıdır (pörtlədilmiş ət konservi). Bu ət məhsullarının da leşlərdən hazırlandığını düşünsək, vəziyyətin nə yerdə olduğunu anlamaq olar. Diqqətinizə çatdırmaq istəyirik ki, “tuşonka” konservlərin əksəriyyəti Hindistandan gətirilən öküz ətlərindən hazırlanır. Hindistandan gətirilən ətlər isə digər ətlərlə müqayisədə çox ucuzdur. Buna səbəb isə bu heyvanların öldükdən sonra kəsilməsidir. Çünki hindlilərdə bu heyvanlara qarşı dini inanclar mövcuddur. Yəni onlar öküz, inək kimi heyvanları diri halda kəsmirlər. Bundan başqa, at və eşşək ətindən də danışmaq olar. Atdan və eşşəkdən təsərüfatda istifadə olunduğu üçün onlardan ölənədək istifadə edirlər. Öldükdən sonra isə leşindən də pul qazanmaq istəyən insanlar bu cür yolu seçirlər. Əslində, at əti insan sağlamlığı üçün heç də təhlükəli deyil, təbii ki, bu leş deyilsə. At əti kifayət qədər dəmirlə zəngindir. Onun tərkibində piy qatı mal, qoyunla müqayisədə kifayət qədər azdır. Bu da ətin insan üçün təhlükəli yox, əksinə faydalı olmasından xəbər verir. Orta Asiya ölkələrində bu ət ən sevimli ət növü hesab edilir. Lakin Azərbaycanın mətbəx mentalitetində at əti anlayışı yoxdur. Buna görə də alıcıların bu ətə qarşı antipatiyası mövcuddur. Qeyd edək ki, sovet dövründə Azərbaycandakı kolbasa istehsalında at ətindən istifadə olunurdu. Hazırda ölkəmizdə at əti satışı qanunla qadağan edilsə də, bu ətləri işbazlar bazara daxil edirlər. Qeyd edək ki, nəzarət zəif olan bu ətlərdən istifadə edən insanlarda qara yara xəstəliyi yarana bilər.

Mövzu ilə bağlı Dövlət Baytarlıq Xidmətinin münasibətini öyrəndik. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən açıqlamaya görə, dönərxanalara və digər iaşə obyektlərinə verilən ətlərə nəzarət gücləndirilib: “Hazırda yay fəsli olduğu üçün bu sahədə aparılan monitorinqləri artırmışıq. Çünki isti hava şəraitində ət daha tez xarab olur. Bundan başqa, bizə çoxlu şikayət daxil olur və həmin yerlərdə araşdırma aparırıq. Xüsusən, qeyri-qanuni ət satılan yerlər aşkarlandıqda tədbirlər görülür. Bildiyiniz kimi, bir neçə gün əvvəl Abşeron rayonunda dönərxanalara verilmək üçün kəsilən at və eşşək əti aşkarlanmışdı. Bu məsələlərlə bağlı işlər davam etdirilir.”

Dövlət Baytarlıq Xidməti şadlıq saraylarında da monitorinqlər apardıqlarını bildirdi: “Biz Dövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin göstərişləri əsasında fəaliyyətimizi icra edirik. Onu da qeyd edim ki, araşdırmalarımız təkcə dönərxanalarda yox, şadlıq saraylarında və ümumiyyətlə, bütün iaşə obyetklərində aparılır. İstənilən obyektə gedən ət əvvəlcə Dövlət Baytarlıq Xidmətinin nəzarətindən keçməli, sonra istifadəyə verilməlidir.”

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR