Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
Siyasət
20:07 30.06.2025
366
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək.

Bunu jurnalistlərə açıqlamasında onların qardaşları Seyfəddin Hüseynli bildirib.

O, Rusiyadakı ekspertizanın nəticəsinə inanmadıqlarını deyib.

S.Hüseynli qeyd edib ki, qardaşlarının Rusiya tərəfinin iddia etdiyi kimi həyəcandan ölmələri inandırıcı deyil.
 
/Report
OXŞAR XƏBƏRLƏR