Yelo Bank artıq Mərdəkanda - FOTOLAR

İQTİSADİYYAT
11:18 26.07.2021
445
Yelo Bank filial şəbəkəsini artırmaqla xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Bankın konsepsiyasına uyğun dizayn edilmiş yeni Mərdəkan filialı bütün müasir standartlara cavab verir.

AZXEBER.COM xəbər verr ki, Mərdəkan qəsəbəsinin girişi, Nüsrət Məmmədov küç. 1 ünvanında yerləşən filial bankın bu ərazidəki ilk filialıdır. Öz rahatlığı və funksionallığı ilə yanaşı, rahat yerləşimi ilə də seçilən filial Yelo Bankın "Parlaq Bankçılıq" şüarına uyğun cəlbedici və parlaq dizaynı ilə fərqlənir.

Müştəri xidmətinin sürətli və effektiv şəkildə təşkil olunması üçün filialda ən kiçik detallar belə nəzərə alınıb. Konseptual dəyişikliklər filialın xarici görünüşü ilə yekunlaşmır. Sadə, xüsusi zövqlə təmir edilmiş qəbul və gözləmə otaqları ilə eyni zamanda universal xidmət sistemi də sizi Mərdəkan filialında gözləyir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov daha bir filialın açılmasının bankın biznes hədəfləri və yeni strategiyasının həyata keçirilməsində növbəti addım olduğunu qeyd edib: "Yeni filial açmağımızın əsas məqsədi Yelo Bank tərəfindən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməkdir. Bununla yanaşı, biz, rəqəmsal həllərimizin təkmilləşdirilməsi istiqamətində də çalışırıq. Əsas hədəfimiz ən qabaqcıl dünya təcrübəsinə əsaslanan və müasir tələblərə cavab verən xidmət səviyyəsini təmin etməkdir. Xidmətlərimizin müştərilərimizə mümkün qədər əlçatan olması üçün bu istiqamətdə inkişaf etməyə davam edəcəyik".

Açılış mərasimində Bakıda işgüzar səfərdə olan Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova da iştirak etmişdi. Xanım Kulişova görülən işlərlə tanış olub, filialın iş proseslərinin təşkili barədə ətraflı məlumat aldıqdan sonra filial komandasına uğurlar arzuladı.

Qeyd edək ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır. Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:57 17.10.2021

Polşada zəlzələ baş verdi

22:38 17.10.2021

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı

19:16 17.10.2021

Türkiyə hərbçiləri PKK-nın daha 5 terrorçusunu zərərsizləşdirdi

18:58 17.10.2021

QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi

18:36 17.10.2021

Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”