Yelo Bank-ın dəstəyi ilə növbəti "SHE Congress" uğurla başa çatdı - FOTOLAR

Yelo Bank-ın dəstəyi ilə növbəti "SHE Congress" uğurla başa çatdı - FOTOLAR
İQTİSADİYYAT
16:23 26.05.2025
1178

Yelo Bank bu il də regionun qadın liderliyinə həsr olunmuş ən böyük tədbiri — "SHE Congress 2025"in əsas tərəfdaşı oldu.

AZXEBER.COM xəbər verir ki, konqres bu dəfə "Beyond Now – Creating What Lives On” (Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq) mövzusu ilə qadınların şəxsi və peşəkar inkişafı üçün aktual mövzular ətrafında müzakirələrə ev sahibliyi etdi.

Fərqli sahələrdə uğurları ilə seçilən 500-dən çox yerli və xarici iştirakçının qatıldığı tədbirdə, qadın liderlərin qarşılaşdıqları çağırışlar, innovativ yanaşmalar və inklüzivliyin biznesə verdiyi töhfələr əsas diqqət mərkəzində oldu.

Yelo Bank-ı tədbirdə İdarə Heyəti sədr müavini Günay Cəlilova təmsil edib. O, öz açılış nitqində biznesdə qadın liderliyinin gücləndirilməsi, uğur üçün davamlı inkişafın vacibliyindən söz açıb. Günay xanım qeyd edib ki, biznesdə və karyerada ən vacib prinsiplərdən biri tək uğurla kifayətlənməmək, davamlı inkişaf və yeniliklərə açıq olmaqdır. Bundan başqa bilik və təcrübələrimizlə başqalarına mentorluq edərək, dəstək zənciri yarada bilərik ki, bu özü də davamlı inkişafın təzahürüdür.

Tədbir ilhamverici çıxışlar, uğur hekayələri və səmərəli şəbəkələşmə imkanları ilə yadda qalıb. Eyni zamanda Yelo Bank tərəfindən təşkil olunan püşkatma çərçivəsində bəzi iştirakçılar qabaqcıl bank məhsullarını hədiyyə qazanıb.

Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyasının əsas sütunlarından biri kimi bərabərlik, müxtəliflik və inklüzivliyi dəstəkləyir. Bank inanır ki, qadınların gücləndirilməsi daha dayanıqlı cəmiyyət və daha güclü iqtisadiyyatın formalaşmasına aparan vacib addımdır. Bu səbəbdən Yelo Bank gələcəkdə də qadın liderliyini təşviq edən təşəbbüslərin yanında olacaq.
 
Yelo Bank kreditşərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook,Instagram,Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar