Yəməndə ölkənin sabiq prezidenti Əli Abdulla Salehin toxunulmazlığı barədə hökumətin qərarına qarşı növbəti etiraz aksiyaları keçirilib. Yüzlərlə fəalın iştrak etdiyi etirazlarda hökumət əleyhinə şüarlar səsləndirilib. Etirazçılar prezident Salehin, onun oğlunun və sabiq baş nazirin məhkəməyə cəlb olunmasını tələb ediblər. Onların sözlərinə görə, Salehə qarşı toxunulmazlıq qərarının çıxarılması onları millətə qarşı daha da qəddar və təcavüzkar davranmağa sövq edəcək. Təhlükəsizlik qüvvələri ilə yaranmış qarşıdurmalar zamanı isə bir neçə nəfərin xəsarət aldığı bildirilir.Qeyd edək ki, ötən bazar Yəmənin Nazirlər Kabineti oturaq etirazlar zamanı törədilən cinayətlərə görə Salehin məsuliyyət daşımadığını bəyan edən və onun toxunulmazlığını təmin edən qərar çıxarmışdı.