İranın dəstəklədiyi Yəməndə Husilərin (Ənsarullah Hərəkatı) son addımları beynəlxalq ictimaiyyətdə əks-səda yaradıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə gərginlik davam edərkən, sosial mediada Husi gəncinin görüntüləri hiddətə səbəb olub.
"TikTok" və "Instagram" sosial media platformalarında paylaşılan görüntülərdə gənc və yaraşıqlı yəmənli oğlanın görüntüləri böyük maraqla qarşılanıb.
Adı Rəşid Əl-Hədid olduğu öyrənilən yəmənli şəxsin görüntülərini milyonlarla insan izləyib.
Son illərin parlayan aktyorlarından "Timothee Chalamet"ə bənzəməsi ilə diqqət çəkən buruq saçlı Rəşidə "Tim "Houthi" (Huthi üçün ingiliscə) Chalamet" ləqəbi verilib.
Bəzi sosial media istifadəçiləri "O, istədiyi vaxt gəmimə basqın edə bilər” desə də, bir istifadəçi "O, çox seksualdır, TikTok-dakı qızlar nəzarətdən çıxacaq” - deyib.
Əvvəllər sosial şəbəkədə tanınmayan Rəşid ilk dəfə noyabr ayında çəkilən videoda parlayıb. İnstaqramda yüz minlərlə bəyənmə toplayan Rəşid öz paylaşımlarında İsraili Fələstindəki mülki insanları hədəfə aldığına görə tez-tez tənqid edir.
Mikayıl