Yenə də - ŞEİR

Yenə də - ŞEİR
KÖŞƏ
01:14 16.04.2012
19700
İlqar FƏHMİYenə də Yenə xatırlayacaqsan bu evi Yenə də zəng edəcəksən: Gəlirəm Yenə də yalvaracaqsan: Gözlə, Heç yerə getmə, bu günlük səninəm.Yenə kölgən cızacaq pəncərəmi Girəcəksən elə bil öz yuvana, Yenə palton düşəcək qollarıma Yenə çantan uçacaq boş divana.Yenə sakitcə yumub gözlərini Kürəyin söykədəcəksən sinəmə Yenə guya unudub sözlərini Deyəcəksən ki, demə, heç nə demə.Yenə dinməz dayanıb bir müddət Arxadan boynuna ahlar səpəcəm Saçını sonra səliqəylə yığıb Çiyninin ağ dərisindən öpəcəm.Ağ belindən götürüb əllərimi Yenə bərk-bərk sıxacaqsan döşünə Yenə də tuş gələcək lal baxışım, Al dodaqlarını sıxmış dişinə.Sinən aramsız enib qalxınca Mən gedib bağlayacam çöl qapını. Söndürülmüş siqaretlərlə yenə Birbəbir dolduracam külqabını.Yenə də seyr edəcəm dinməzcə Çiyinindən sürüşən köynəyini, Yenə də gözləyəcəm tez soyunub Tələsik lampanı söndürməyini.Yenə qoynumda bu çılpaq bədənin Sübhəcən çırpınacaq, ağlayacaq Yenə dırnaqların ac qırğı kimi Sinəmi, boynumu cırmaqlayacaq.Yenə qışqırtın, iniltin qopacaq, Sıxacam ağzını ovcumla yenə Qonşuda xeyli qulaq şəklənəcək Ehtirasın bu həyasız səsinə.Yenə həzzin çatacaq son həddə Bədənin od tutacaq, allanacaq…… Sonda halsız düşəcəksən yatağa, Ayağın çarpayıdan sallanacaq.Yenə titrək həyəcanlı səslə Açacaqsan mənə öz hisslərini, Yenə də axtaracaq süst baxışım Bədənində yad öpüş izlərini.Yenə də inciyəcəksən məndən Deyəcəksən: Soyuyub ehtirasın. Yenə xatırlayacaqsan bir vaxt Bizi uydurmaş o şəhvət havasın.Yenə laqeydliyimdən usanıb Əsəbi yellədəcəksən əlini, Sanki qəsdən məni cırnatmaq üçün Yenə tərifləyəcəksən ərini.Bezib axır susacaqsan, birdən Yenə də yastığa çırpıb üzünü, Dözməyib gəldiyin üçün bu evə Yenə lənətləyəcəksən özünü.Yenə də hönkürəcəksən xeyli Nəmli yastıq udacaq göz yaşını, Sonra sakitləşəcəksən azacıq, Ah çəkib qaldıracaqsan başını,Yenə qalxıb yığacaqsan yerdən Səpələnmiş təzə pal paltarını, Geyəcəksən yenə tənbəl-tənbəl Əyninə köynəyini, şalvarını.Qapıda bir də yumub gözlərini Kürəyin söykədəcəksən sinəmə, -Sənə mən ömrümü bəxş eylərdim
OXŞAR XƏBƏRLƏR