Yeni «Harri Potter» ilk həftədə $330 milyon toplayıb

Bütün Xəbərlər
20:50 23.11.2010
1704

«Associated Press» xəbər verir ki, bu göstərici Harri Potter haqda filmlər arasında ən yüksək rəqəmdir. Yalnız ABŞ-da film 125,1 milyon dollar toplaya bilib. Film Britaniyada, 28 milyon, Almaniyada 21,8 milyon, Avstraliyada 14,8 milyon, Yaponiyada 14 milyon və Rusiyada 12,3 milyon dollar gəlir gətirib. Filmi hazırlayan «Warner Brothers» şirkətindən bildirilib ki, filmin tamaşaçıları elə filmlə bərabər böyüyüblər. Statistik məlumatlara görə, tamaşaçıların dörddə birini yaşı 18-34 arası olan şəxslər təşkil edib. Film 2001-ci ildə ekranlara çıxdıqda isə belə şxəslərin sayı cəmi onda bir qədər idi. Filmin bu hissəsinə qədər isə premyera həftəsində ən çox pul toplayan hissə 2005-ci ildə çəkilmiş «Od kuboku» olub. Bu film ilk həftədə 102 milyon dollar toplamışdı. Hələlik Harri Potter haqda filmlər arasında ən uğurlusu «Harri Potter və fəlsəfi daş» seriyasıdır. Bu film indiyədək disklə satışdan 317 milyon dollar gəlir gətirib. Lenta.ru yazır ki, ötən həftəsonu Amerika kinoteatrlarında sonrakı yerləri «Meqabeyin» (16,2 milyon dollar) və Denzel Vaşinqtonun çəkildiyi «İdarəedilməz» (13,1 milyon dollar) döyüş filmi tutub.

OXŞAR XƏBƏRLƏR