"Yeni Çağ" Media Qrupu ilə Anadolu Yayımçılar Dərnəyi arasında anlaşma imzalandı - FOTO

"Yeni Çağ" Media Qrupu ilə Anadolu Yayımçılar Dərnəyi arasında anlaşma imzalandı - FOTO
MEDIA
13:27 24.06.2022
247
"Yeni Çağ” Media Qrupu ilə Anadolu Yayımçılar Dərnəyi arasında anlaşma protokolu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, protokol Media Qrup rəhbəri Aqil Ələsgər və AYD sədri Sinan Burhan tərəfindən imzalanıb.

Bildirilib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafı və bütün sahələr üzrə ikitərəfli əlaqələrin genişlənməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin iki qardaş ölkənin əməkdaşlıq müstəvisində yeni imkanların yaranması, mövcud şəraitdə Azərbaycan ilə Türkiyənin ümumi maraqlarının və birgə mənafelərinin qorunmasında yeni çağırışların aktuallaşması Türkiyə ilə Azərbaycan arasında media və QHT sektorunun yerli, bölgəsəl və qlobal miqyasda fəallığı artırmasının zəruriliyini şərtləndirir.

Bu amilləri nəzərə alaraq iki qardaş ölkənin ictimai rəyinin dövlət maraqlarından irəli gələn tələblərə uyğun formalaşdırılmasında birgə səylərin gücləndirilməsi məqsədilə "Yeni Çağ” Media Qrupu və AYD arasında imzalanan protokol mühüm əhəmiyyət kəsb edir.

İmza mərasimindən sonra çıxış edən AYD sədri Sinan Burhan bildirib ki, protokol Azərbaycan və Türkiyənin yerli media quruluşlarının əməkdaşlığının genişlənməsinə böyük töhfə verəcəkdir.

Aqil Ələsgər, öz növbəsində, qeyd edib ki, Azərbaycan və Türkiyə media quruluşlarının, o cümlədən ictimai təşkilatlarının yeni reallıqlara əsaslanan əməkdaşlıq modelinə keçmələri qaçılmazdır və bu protokol işbirliyi imkanlarını genişləndirəcəkdir.

İmza mərasimindən sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?