Finlandiyada aparılan bir araşdırmada gecə gec yatan insanların daha tez öldüyü, lakin ölüm səbəbinin yuxu saatlarından çox siqaret və spirtli içki qəbulu ola biləcəyi ortaya çıxıb.
AZXEBER.COM xəbər verir ki, gec yatanların spirt və siqaret istehlakı ilə vaxtından əvvəl ölüm arasındakı əlaqəni araşdıran araşdırmada 1981-2018-ci illər arası məlumatlar qiymətləndirilib.
Finlandiya Peşə Sağlamlığı İnstitutundan (FIOH) həkim Christer Hublinin rəhbərlik etdiyi araşdırmada 24 yaşlı 22.976 kişi və qadın iştirakçı araşdırılıb.
Gecələr aktiv olan insanlar gün ərzində aktiv olanlardan daha tez ölürlər, lakin bu, siqaret və spirtli içki qəbulu ilə bağlıdır.
Bildirilib ki, 2018-ci ildə iştirakçılardan 8728 nəfər ölüb, gecə saatlarında aktiv olan insanlarda gündüz aktiv olanlara nisbətən ölüm nisbəti 9% çox olub.
Araşdırmanın nəticələri "Chronobiology International” jurnalında dərc olunub.
Ayşən