'Yeni Azərbaycan Partiyası ölkənin və regionun avanqard siyasi təşkilatıdır'

Bütün Xəbərlər
16:21 20.07.2012
1598

YAP Nizami rayon təşkilatı “AzəriQaz” İB-nin Qazsazlama İdarəsi ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib.

AZXEBER.COM-un xəbərinə görə, yığıncaqda çıxış edən idarənin rəisi Rahim Rəhmanov YAP-ın keçdiyi tarixi yola nəzər salaraq, bu partiyanın bütün fəaliyyəti dövründə müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə, xalqın rifah halının yüksəldilməsinə xidmət etdiyini bildirib: "Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt onun davamçısı, yeni əsrin lideri Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir". 

Digər çıxışçılar isə yeni ərazi ilk partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışaraq bildiriblər ki, hazırda YAP-ın cəmiyyətdə rolu günbəgün artmaqdadır. Vurğulanıb ki, sosial sifariş olaraq meydana atılan YAP ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.
OXŞAR XƏBƏRLƏR