Yeni Azərbaycan Partiyası Gənclər Birliyi prodüser Tolikə (Tarix Əliyev) mükafat verib.
AZXEBER.COM xəbər verir ki, prodüser özü bu haqda məlumat verib.
O qeyd edib ki, 15 ildir ki, hakim partiyanın üzvüdür. Tolik həmçinin deyib ki, hakim partiyanın gənclər birliyinin tədbirlərinin bədii hissəsi ona həvalə edilib.
Qeyd edək ki, YAP Gənclər Birliyi 37 yaşlı Tolikə partiyanın 2016-ci ildə fəaliyyətində göstərdiyi aktivliyə görə mükafat verib.
