Yeni Azərbaycan Partiyası - Xalqın Partiyasıdır

Yeni Azərbaycan Partiyası - Xalqın Partiyasıdır
Bütün Xəbərlər
15:03 21.11.2013
2100

Cavid Süleymanov,Yeni Azərbaycan partiyasının üzvü

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi məkanında əvəzolunmaz siyasi gücə malik, xalqla iqtidar arasında əlaqənin istənilən siyasi dialoqdan daha artıq bir münasibət olaraq saxlanıldığı, xalqla iqtidarın bu münasibətinin heç bir toplumda görülməmiş bir vəziyyətdə olduğu bir partiyadır .Yeni Azərbaycan Partiyası siyasi mövqeyini müəyyənləşdirdiyi ilk zamanlardan etibarən, partiyanın əsas məqsədinin milli maraqlara xidmət etməsi, iqtidarda təmsil olunub olunmamasından asılı olmayaraq vətəndaş cəmiyyətində siyasi plüralizmin yüksək səviyyədə təmin olunması uğrunda məqsədyönlü şəkildə islahatlar aparması, xalqın sosial təminatının yüksəldilməsinə hesablanmış iqtisadi strategiyanın ilbəil özünü doğrultması bizlərə bunu deməyə imkan verir ki, Yeni Azərbaycan Partiyası - Xalqın Partiyasıdır !

Azərbaycan xalqı Dövlətçiliyimizin ilk rüşeymlərinin cücərməyə başladığı bir vaxtda yanlış siyasi sistemlə idarə olunan yarıtmaz fəaliyyəti ilə ölkədə çıxılmaz xaos və siyasi böhran vəziyyəti yaradan höküməti deyil , xalqın ziyalılarının iradəsi nəticəsində tarixi zərurətdən yaranan, Sovet hakimiyyəti dönəmində Azərbaycanda yaratdığı ideal şəraitlə, bölgələrdə qurduğu geniş imkanlarla, siyasi bacarığı, esktraordinal liderlik keyfiyyətləri ilə seçilən, xalqın öz doğması qədər özünü yaxın hiss etdiyi bir fenomenal şəxsiyyətin rəhbərlik etdiyi bir partiyanı son ümid yeri kimi gördü. Bununla da Azərbaycan xalqı layiq olduğu günlərə, işiqlı gələcəyə, mütərəqqi inkişafa qapı açdı .

Yeni Azərbaycan Partiyası hər seçkilərdə parlamentdəki mövqelərinin sayını artırması, Prezident seçkilərində partiyanın namizədinin opponentlərini necə böyük bir fərqlə geridə qoyması xalqın gözündə Yeni Azərbaycan Partiyasına alternativ olacaq ikinci bir siyasi partiyanın olmadığından xəbər verir.

Şübhəsiz ki, cəmiyyətin lokomativi-aparıcı qüvvəsi olan gəncliyində ən çox sevdiyi və etimad etdiyi partiya məhz Yeni Azərbaycan Partiyasıdır . Bu sevgi, bu istək Partiyanın iqtidarda olduğu müddət boyunca gənclərə olan diqqət və qayğıdan , xalqın rifahını hesablanmış islahatlar strategiyasın özünü doğrultmasından qaynaqlanır . Yeni Azərbaycan Partiyasının sədri Cənab Prezident İlham Əliyevin ölkə gənclərinin problemini aradan qaldıracaq Dövlət-Gənclər proqramının uğurla davam etdirildiyi bir zamanda , ölkə gəncliyi təəbiki bu dəstəyi və qayğını görməzdən gələ bilməz . Məhz bu səbəblərə görə ölkə gəncliyinin qəlbində Cənab Prezidentə olan sevgi və inam sonsuzdur .

YAP İqtidar partiyası olduğu üçün deyil, xalqın partiyası olduğu üçün sevilir. 9 oktyabr Azərbaycan Respublikasının Prezident seçkilərində , seşki qutuları qarşısında öz iradəsini bir daha nümayiş etdirən Azərbaycan xalqı hələ seçkilərin rəsmi nəticəsi açıqlanmamış , “EXİT-POLL” sorğularının nəticələri ilə Partiya binasının qarşısına gələrək bu anı bayram kimi yaşadı.

Yeni Azərbaycan Partiyası mənim üçün bir partiyadan artıqdır . Hər həftə məzarı önündə” onun siyasi irsinin təbliği yolunda əlimdən gələni edəcəyim” andını yenilədiyim öndərimin xalqımıza mirasıdır . Bu elə bir dəyərdir ki , Xalqın çətin günlərdə üfüqdə gördüyü amma çatılması mümkünsüz kimi görünən sabahları bugün edən bir partiyanın üzvü olmaq kimi böyük bir xöşbəxtlikdir .

OXŞAR XƏBƏRLƏR