Yeni baş naziri xalqa müraciət etdi

Yeni baş naziri xalqa müraciət etdi
Bütün Xəbərlər
18:06 26.11.2011
1624
Misirdə etiraz aksiyaları artıq 9-cu gündür davam edir. Ölkəni müvəqqəti olaraq idarə edən Ali Hərbi Şuranın istefasını və prezident seçkisinin tezləşdirilməsini tələb edən müxalifət tərəfdarları Qahirənin Təhrir meydanına toplaşıblar. Onlar noyabrın 28-nə planlaşdırılmış parlament seçkisinin də təxirə salınmasını tələb edirlər. Hərbi hökumətdən isə heç kim istefa vermək niyyətində dəyil. Əvəzində, Hüsnü Mübarək dövrünün baş naziri Kamal əl-Qanzuri baş nazir təyin edilib və ona yeni nazirlər kabinetini formalaşdırmaq tapşırığı verilib.Qahirədə isə dünən cümə namazından sonra on minlərlə adam Təhrir meydanına nümayişə çıxıb. Bununla yanaşı, Ali Hərbi Şuranın tərəfdarları da ayrıca nümayiş keçiriblər. On minlərlə adam Müdafiə Nazirliyinin binası önünə toplaşıb. Onlar müxalifət tərəfdarlarını Təhrir meydanını boşaltmağa və generalları hakimiyyətin təhvil verilməsini öz planlarına əsasən reallaşdırmağa imkan verməyə çağırıblar.Təhrir meydanında isə "Son şans, yaxud süqut edənlərin haqqı" adı verilmiş kütləvi nümayiş baş tutub. Yüzlərlə nümayişçi hökumət binasını dövrəyə alaraq, yeni baş nazir Kamal əl-Qanzurinin xalqa ilk tele-müraciətinə mane olmağa çalışıblar. Buna baxmayaraq, müraciət baş tutub."Belə çətin bir dövrdə ölkəni idarə etmək istənilən siyasətçi üçün bir çağırışdır və mən bu çağırışı qəbul edirəm. Silahlı qüvvələr Şurasının rəhbəri Hüseyn Tantavidən hökumətin formalaşdırılması üçün bir az vaxt istədim, təxminən bazar ertəsi keçiriləcək parlament seçkisinə qədər. Nazir vəzifəsinə ölkənin bütün siyasi qüvvələrindən olan nümayəndələrin namizədliyini nəzərdən keçirməyə hazıram" - Kamal əl-Qanzuri belə deyib.
OXŞAR XƏBƏRLƏR