Yeni bukmeker kontorlarında qaydalar necədir?

Bütün Xəbərlər
09:43 23.01.2011
2842


Əvvəlcə Nizami küçəsində bir neçə “Topaz” məntəqəsinə baş çəkdik. Bəzi kontorlarda bütün sistem quraşdırılsa da, hələ ki, oyunlara başlanılmayıb. Oradan öyrəndik ki, oyunlara 3-4 günə start veriləcək. Lakin 2-3 gündür fəaliyyətə başlayan Nizami küçəsi, 149 ünvanında yerləşən “Topaz” kontorunda artıq pul udan şəxslər də var. Orada çalışan Şükür Miriyev  açıqlamasında bildirdi ki, 3 gün ərzində ən çox 50 manat udan olub.

Oyunların şərtlərinə gəlincə, mərc etmək istəyən şəxs öncə kupon almalıdır. Bir kuponda ən çox 12, ən az 3 oyun yazmaq olar. Bu oyunda ilk növbədə futbol komandasının xüsusi kodu diyircəkli qələmlə kupondakı “oyun kodu” yazılan qrafikə qeyd edilir. “BH” və “ON” qrafiklərində isə müvafiq olaraq mərc qoyanın istəyi üzrə yazılan 1, X və 2 xanaları işarələnir. Burada “BH” alt, “ON” üst mənası verilir. 1 işarəsi qeyd olunarsa, oyunçu ev sahibi komandasının, 2-də isə qonaq komandanın qələbəsini təsdiqləyir. Lakin X işarəsi burada komandaların heç-heçə oynamasına işarə edir. Yuxarı xanalarda qeyd olunan “BH” alt (menşe) yəni komandaların oyununda hesab 3 topdan az olacaq. “ON” (bolşe) üst isə oyunda hesabın 3 topdan çox olacağını bildirir.

Kuponun özü 1 manata sayılır. Ona görə də kuponda 1 manat qeyd edilmir. Bundan əlavə 2500 manata qədər pul qoymaq olar.

Burada oyunlar Türkiyə modeli əsasında, “Topaz” brendi ilə işləyən aparat vasitəsilə qeydiyyata alınır. Bu zaman qazanan şəxs uduşunu “Topaz” brendi ilə işləyən istənilən diler məntəqələrində ala bilər. Uduşların pullarını dillerlər özləri banklardan alır. 

“Udan şəxs əlindəki çeklə istənilən “Topaz” brendilə işləyən diler məntəqəsindən pulunu ala bilər. Biz hər ikinci gün səhər saat 10:00-da bankdan pul götürürük. Buna görə də uduşlar həftənin ikinci günləri verilir. Uduşdan vergi tutulmur. Vergi yalnız bukmeker kontorlarından, yəni bizdən tutulur”, söyləyən Şükür Miriyev hələlik mərclərin yalnız futbol idman növü əsasında qoyulduğunu bildirdi.

Mərc edən iştirakçılar da yeni tətbiq olunan “Topaz” brendi ilə işləyən kontorlara üstünlük verir.

“Burada daha üstün cəhət bütün oyunların yalnız bir marka altında aparılmasıdır. Qeyri-leqal kontorlar istənilən an bağlana bilər. Lakin bunların fəaliyyəti qanunidir”, - deyə iştirakçı Tural Məsimov qeyd etdi.

Rəsul Məmmədov ilk dəfədir ki, “Topaz” sistemilə işləyən kontorda mərc edəcəyini deyir: “Bu vaxta qədər qeyri-leqal kontorlarda mərc qoymuşam. Yeni sistemlə birinci dəfədir oynayacağam. Burada məni başa saldılar. Deyilənlərə əsasən bu sistem xoşuma gəldi”.

Daha sonra çəkiliş qrupumuzla birgə başladıq qeyri-leqal fəaliyyət göstərən bukmeker kontorlarını axtarmağa. Bir neçə yerdə həmin kontorların bağlandığının şahidi olduq. Lakin bəzi yerlərdə hələ də gizlin olaraq bukmekerliklə məşğul olan kontorlar vardı ki, onların sahibləri də bunun qanunsuz olduğunu etiraf etdilər. Onlar bildirdilər ki, artıq kontorların bağlanması ilə əlaqədar onlara göstərişlər də olub. Bu ayın sonuna kimi onlar da fəaliyyətlərini dayandıracaqlar.

//Ans Press


OXŞAR XƏBƏRLƏR