Yeni Daxili İşlər naziri Vilayət Eyvazov KİMDİR? - Dosye

SİYASƏT
18:28 20.06.2019
11807

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

AZXEBER.COM xəbər verir ki, polis general-leytenantı Vilayət Eyvazov yeni vəzifəyə təyin olunmadan öncə Daxili İşlər nazirinin birinci müavini vəzifəsində çalışırdı.

Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı”,2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir. Üç övladı var.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:32 24.11.2020

Həftə sonu ictimai iaşələrdə çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?

18:20 24.11.2020

Şuşanın havadan görüntüsü - VİDEO

18:00 24.11.2020

Lavrov: “Qarabağla bağlı bütün öhdəliklər tam icra edilir”

17:52 24.11.2020

Azərbaycanda yoluxma və ölüm sayında daha bir rekord

17:48 24.11.2020

Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi

17:26 24.11.2020

Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verdi

17:06 24.11.2020

Hulusi Akar: "Qarabağda postlararası patrul xidməti aparılacaq"

17:02 24.11.2020

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

16:52 24.11.2020

“Doğma jest dili” layihəsi çərçivəsində hazırlanan lüğətin tərkibi təsdiq edildi

16:48 24.11.2020

İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri yayıldı

16:41 24.11.2020

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM

16:37 24.11.2020

İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SİYAHI

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama - VİDEO