Yeni dərsliklər hazırlanır

Yeni dərsliklər hazırlanır
Bütün Xəbərlər
11:29 07.05.2012
1300
Azərbaycanda I-V siniflər üçün yeni dərsliklərin çap olunması üzrə tender elan edilib. Bunu bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib."Tenderdə iştirak edən nəşriyyatlar öz təkliflərini Təhsil Nazirliyinə təqdim edib. Nazirlikdə həmin müraciətlərə baxılıb və bu günlərdə qiymətləndirmə Şurası öz işinə başlayacaq", - Mərdanov deyib.Onun sözlərinə görə, dərsliklərlə bağlı məsələ daim gündəmdədir.Nazir dərsliklərdəki səhvlərə də münasibət bildirib."Dünyanın heç bir ölkəsində səhvi olmayan dərslik yoxdur. Biz bunu bilirik, ictimai müzakirə keçiririk və həmin nöqsanlarla bağlı təklifləri nəzərə alaraq bu nöqsanları aradan qaldırmağa çalışırıq", - Mərdanov deyib.Onun sözlərinə görə, ildən-ilə Azərbaycanda dərsliklərin həm poliqrafik keyfiyyətində, həm məzmununda çox ciddi yeniliklər olur.
OXŞAR XƏBƏRLƏR