Yeni doğulan körpəsini parçalayaraq zibil qutusuna atan ana həbs edildi

Yeni doğulan körpəsini parçalayaraq zibil qutusuna atan ana həbs edildi
DÜNYA
12:58 02.07.2025
335
İspaniyanın paytaxtı Madriddə yenidoğulan körpəsini parçalara ayıraraq zibil qutusuna atdığı iddia edilən qadın həbs edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə dekabr ayında utilizasiya müəssisəsində parçalanmış körpə cəsədinin tapılması ilə üzə çıxıb. Körpənin cəmi beş günlük olanda bıçaqla tikə-tikə doğrandığı müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, körpə diri doğulub və onun cəmi 5 günlük ikən parçalara ayrılıb. Onun meyiti zibil torbalarına qoyulub.

Polis hadisəni "Natal əməliyyatı" adlandırıb və körpəyə nə baş verdiyini anlamaq üçün ictimaiyyətdən kömək istəyir. Ötən ilin son aylarında hamilə olduğu güman edilən 40 yaşlarında olan qadının şəxsiyyətinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
 
İstintaq zamanı Dylan adlı xüsusi təlim keçmiş polis itindən də istifadə edilib. Bioloji qalıqların tapılmasında mütəxəssis olan Dilan zibil torbalarında körpənin hissələrini tapıb. 
 
Aparılan araşdırmalar nəticəsində qadın aşkar edilərək həbs olunub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR