Yeni il axşamı “Sahil” metrosunun girişində izdiham yaşanıb.
AZXEBER.COM-un elektron ünvanına göndərilən video material, gecə saatlarında lentə alınıb. Videoda Dənizkənarı Milli Parkda keçirilən bayram konsertindən çıxan insanların “Sahil” metrosuna girmək istəyərkən ortaya çıxan izdiham lentə alınıb.
Ərazidəki polislərlə vətəndaşlar arasında narazılıq düşüb. Hadisənin qarşısı böyümədən alınıb.
İzdiham zamanı vətəndaşlardan bəzilərinin halının pisləşdiyi də qeyd edilib.












































