Yeni il süfrəsində hansı məhsullar mütləq olmalıdır?
Bütün Xəbərlər
16:10 27.12.2012
1904
Bayram süfrəsi haqqında hələ bayramdan xeyli əvvəl düşünmək lazımdır. Çalışın yeni ili həm ruhunuz, həm də bədəniniz üçün bayrama çevirin. İstirahət günlərində 1-2 kq artıq çəki alsanız da çalışın bu əhval-ruhiyyənizi pozmasın. Belə ki, bayram günü süfrədə mütləq çoxlu meyvə-tərəvəz olmalıdır.Bu gözlənilən yüklənmə ilə mübarizəyə kömək edir və artıq yeməyə imkan vermir. Yaxşı olar ki, bayram günü axşam harasa gedəcəksinizsə, naharda salat və tərəvəz şorbası, balıq və ya soyutma ət yeyəsiniz. Bunun sayəsində bayrama nə çox ac, nədə tam tox gedəcəksiniz.Bayramı qeyd etdiyiniz yerdə çalışın masada bu 5 məhsul olsun.1.SuQoy həmişə əlinizin altında bir stəkan qazsız su olsun. Spirtli içidən sonra su içməklə özünüzü mədə bulantısından sığortamış olursunuz. Amma bayram günü süfrədə çox su içməyə çalışmayın bu həzmetməni poza bilər. Daha yaxşı olar ki, suyu yeməyə 1,5 saat qalmış və ya yeməkdən 40 dəqiqə sonra içəsiniz.2.GöyərtiGöyərti hər yerdə olmalıdır. Məhz göyərtinin tərkibi bol miqdarda minerallar, mikroelementlərlə zəngindir. Onlar bayram süfrəsində orqanizmi faydalı maddələrlə təmin etməyə imkan verəcək. Daha bir vacib məqam: cəfəri spirtli içki qoxusundan azad olmağa imkan verir.Təzə tərəvəzlərdən olan salatlardanda çox yeməyə çalışın. Bu artıq çəki ilə nöqteyi nəzərindən tamamilə rahatlıq, eyni zamanda faydalı fermentlər,minerallar deməkdir. Əsas odur ki, mayonezsiz.3. ZeytunNiyə təccüblənirsiniz ki? Hələ heç kim tərəvəzlərin ziyanlı ola biləcəyini deməyib. Zeytun, kartof, soğan, qarğıdalı,yerkökü ancaq vitamin kompleksi deyil, onlar həm də mədə bağısaq traktının normal funksiyası üçün faydalı liflərlə zəngindir.Qaynadılmış ət - salatları doyumcul və dadlı edir. Həm də sağlamdır. Yumurta da öz yerinə görə, faydalı və kifayet qeder vitaminli qidadır.Yeganə minus - mağaza mayonezidir. Amma bununda çarəsi var. Salatları evdə hazırlanan souslarla bəzəmək olar.4. Yağlı balıqFarel, nərə, xanı balığı - tərifnamə oxumaq olar. Yağlı balıq doymamış yağ turtuşu, D və E vitamini ilə boldur. Onlar spirtli içkiyə xüsusi meyl zamanı xüsusuilə fəallaşan sərbəst radikallarla yaxşı mübarizə aparırlar.5. Meyvələr