“Yeni klinika”nın direktoru həbs edildi

“Yeni klinika”nın direktoru həbs edildi
SOSİAL
10:22 22.04.2021
8036
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. 

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
ABŞ-də iki Çin vətəndaşı casusluqda ittiham olunaraq həbs ediliblər
20:50 01.07.2025
ABŞ-də iki Çin vətəndaşı casusluqda ittiham olunaraq həbs ediliblər