Yeni model iphone 5 təqdim olundu - FOTOLAR

DÜNYA
08:02 13.09.2012
1972
Dünyanın ən populyar smartfonu Apple iPhone-nin yeni modeli San-Fransiskoda təqdim edilib. Yeni modeli Apple şirkətinin marketinq üzrə böyük vitse-prezidenti Filipp Şiller tanılıb.
İphone-nin enilənmiş modeli diaqonalda 4 düyməyə qədər genişləndirilmiş displeylə, daha nazik korpusla təchiz edilib, LTE yüksəksürətli şəbəkəni dəstəkləyir. Yeni məhsulun ABŞ-da təxminən 10 gün sonra satışa çıxarılacağı gözlənilir.
Qeyd edək ki, ilk iPhone 2007-ci ildə istehsal edilib. Tezliklə yeni məhsul populyarlıq qazandı. Cəmi beş il ərzində Apple 244 milyon İphone smartfonu satıb.

OXŞAR XƏBƏRLƏR