Yeni Müsavat: 'Əli Kərimlinin sonu yetişib'

SİYASƏT
12:37 14.01.2014
1193

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı savaşına doğmaları da qoşulub.

AZXEBER.COM xəbər verir ki, “Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini, R.Arifoğlunun qardaşı Azər Ayxan da Ə.Kərimliyə xüsusi məqalə həsr edib.A.Ayxan AXCP sədrini hədəfə aldığı “Onun qısır ürəyi” məqaləsində Ə.Kərimlinin “sonunun yetişdiyini” yazıb:“İndi bu xarakterin sahibi olan bir siyasətçi prezident olmaq istəyir, hakimiyyətə gəlməyə çalışır. Və bizdən - ölkənin bir nömrəli qəzetindən, onun baş redaktorundan dəstək umur.Ona bu dəstəyi verməyəndə də şantaja, mənəvi terrora keçir. “Ya mənim yanımda olacaqsınız, ya da məhv olacaqsınız” - deyib terror rüzgarları əsdirir öz aləmində.Belə birisinin hakimiyyətə gəlməyində niyə maraqlı olmalıyıq ki? Biz niyə Əli Kərimlinin iqtidara sahiblənməsinə dəstək verək?XC sədri özünü o dərəcədə bitirib ki, biz “Əli Kərimlidənsə bu hakimiyyət qalsa yaxşıdır” düşüncəsini söyləməkdən çəkinmirik.Bu fikir həyata vəsiqə qazanıbsa, bu, Ə.Kərimlinin günahıdır, onun sonunun başlanğıcının əlamətidir.XC sədri görün müxalifətdə ola-ola onun kimi düşünməyənlərə qarşı necə amansız davranır.İndi bir anlığa bu adamın prezident olduğu Azərbaycanı təsəvvürlərinizdə canlandırın....”

OXŞAR XƏBƏRLƏR