“Yeni Müsavat” qəzeti 50 min cərimələndi

“Yeni Müsavat” qəzeti 50 min cərimələndi
MEDİA
18:47 31.07.2012
1838
Bu gün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin “Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə tərəflərin çıxışları dinlənib, iddiaçının nümayəndəsi iddianı müdafiə edərək məhkəmədən iddiaçının xeyrinə maddi zərərin ödənilməsi və qəzetdə təkzib verilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş edib.Qeyd edək ki, “Gilan Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetində 2009-2011 illəri ərzində çıxan bir sıra məqalələrə görə, qəzetdən 1 milyon manat təzminat tələb edib. Bugünkü prosesdə hakim Xaliq İmanov iddianı qismən təmin edərək “Yeni Müsavat” qəzetini 50 min manat cərimələyib./Deyerler.org/
OXŞAR XƏBƏRLƏR